Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Sosial / Lerikin qorxulu su quyuları, susuzluqdan yanan kəndlər və insanlar – VİDEO

Lerikin qorxulu su quyuları, susuzluqdan yanan kəndlər və insanlar – VİDEO

Lerikin Şivlə və Biləvər kəndləri illərdir Şüpək meşə massivindəki bulaqdan istifadə edirlər.

Bulağın suyu az olduğundan hər sakin evinə ayrıca su xətti çəkə bilmir, onlar deyirlər

Ona görə də bəzi yerlərdə iki-üç qonşu ortaq su xətti çəkib.

Bu bulaqdan bir neçə kilometr aralıda yerləşən Şingədulan kəndinə ikinci, daha böyük su xətti çəkilir, sakinlər deyirlər.

Şivlə və Biləvər sakinləri isə bundan narazıdırlar, bir bulağın hər kəsə çatmayacağından narahatdılar.

Amma suyun çəkiləcəyi deyildiyi Şingədulan kəndinin sakinləri də su qıtlığından şikayətçidir.

Lerik Rayon İcra Hakimiyiyyətinin başçısının müavini Habil Məlikov BBC News Azərbaycancaya deyib ki, sakinlərin narahatlığına əsas yoxdur.

O, mütəxəssislərin bulağın suyunun azalmayacağı qənaətinə gəldiklərini deyir.

“Azərsu” ASC isə bu məsələnin hələ ki, layihə şəklində olduğunu və araşdırma aparıldığını deyir.

Şivlə və Biləvər kənd sakinləri isə ehtimal edirlər ki, susuz qalacaqlar, bu isə kəndin boşalmasına səbəb olacaq. (BBC)

Həmçinin oxuyun

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi – FAKT

Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı …