Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Lerikdə namizədin yaxınlarına təzyiq edilir – QALMAQAL 

Lerikdə namizədin yaxınlarına təzyiq edilir – QALMAQAL 

78 saylı Lerik – Lənkəran seçki dairəsindən namizədliyi irəli sürülən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrinin müavini Ramil Hüseynovun qohumlarına təzyiqlər olunur.

VİP-in sədr müavini AzNews.az-a açıqlamasında bildirib ki, rəsmi olaraq seçki prosesinə start veməməyinə baxmayaraq, artıq rayon rəhbərliyi tərəfindən qohumlarına qarşı müəyyən təzyiqlər başlanılıb: “Mənim namizədliyimi blok irəli sürüb və bu mətbuatda dərc olunub. Amma rəsmi sənədlərimi dairəyə təqdim etməmişəm. Yaxın iki gün ərzində sənədlərim səlahiyyətli nümayəndəm tərəfindən dairəyə təqdim olunacaq. Başa düşə bilmirəm ki, indidən icra hakimiyyəti niyə bu cür reaksiya verir. Cənab prezident Rövşən Bağırovu ora təyin edib ki, səlahiyyətləri çərçivəsində işini icra etsin. Amma icra hakimiyyətinin nümayəndələri səlahiyyət çərçivələrini aşırlar. Onlara tövsiyə edirəm ki, öz vəzifələrini icra etsinlər. Seçki məsələləri ölkədə Mərkəzi Seçki Komissiyası (MSK) məşğul olur. Bu səbəbdən yerlərdə dairələr seçkiyə icra orqanları qarışmamalıdır . Sizin vasitəniz ilə MSK-yə müraciət edirəm ki, bu cür halların aradan qaldırılması üçün tədbirlər görülsün. Hazırda Lerik rayonunda icra başçısı ilə hazırki deputat, ancaq bizneslə məşğul olurlar. İndiyə kimi rayonumuzu təmsil edən deputatımız bir dəfə də olsun parlamentdə ağzını acıb danışmayıb. Amma rayonda biznes şəbəkəsinin sayını artırıb. Bu cür insanların parlamentdə təmsil olunması sadəcə ayıbdır. Hər kəs bacardığı işlə məşğul olsa yaxşı olar. Məndə həm icra hakimiyyəti, həm də deputat İqbal Məmmədov bağlı kifayət qədər faktlar var. Elə etməsinlər ki, onların hamısını ictimailəşdirim”.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) “Azadlıq 2015” seçki blokunun tərkibindədir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın