Cümə axşamı , Fevral 21 2019
Ana səhifə / Sosial / Lerikdə meşə yanır

Lerikdə meşə yanır

Lerikdə meşəlik ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

3 gündür ki, metroya minmək olmur…

Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün …