Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Lavrovdan Qarabağ açıqlaması…

Lavrovdan Qarabağ açıqlaması…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində ATƏT-in bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəslədiyini bildirib.

Nazir deyib: “Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.

Nazir hazırda ATƏT-ə sədrlik edən Avstriyanın təşkilatın əhatə etdiyi məkanda münaqişələrin həllinə daha çox diqqət yetirəcəyinə ümid ifadə edib. Onun fikrincə, bu, ilk növbədə, Ukrayna böhranına aiddir.

Sergey Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək. (Azərtac)

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın