Ana səhifə / Sosial / Lavrov: “Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”

Lavrov: “Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”

“Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

“Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yarandı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir”, – Rusiya XİN başçısı bildirib.

S.Lavrov qeyd edib ki, danışıqlar zamanı müəyyən prinsiplərin hazırlanmasına baxmayaraq, “hələ bir çox mürəkkəb detallar razılaşdırılmalıdır”.

“Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq”, – deyə Lavrov fikrini yekunlaşdırıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın