Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Lavrov Bakıya niyə gəlir? – “Müharibə yenidən başlaya bilər”
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

Lavrov Bakıya niyə gəlir? – “Müharibə yenidən başlaya bilər”

Sabah Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək. Bu səfər ərəfəsində o, Bakıda Azərbaycan və İranın Xarici işlər nazirləri ilə görüşəcək.

İndiki məqamda Sergey Lavrovun Bakı səfəri hansı anlam daşıyır?

Politoloq Hikmət Hacızadə AzNews.az-a açıqlamasında Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bak səfərinin gözləntiləni sadəcə bir görüntü hesab etdiyini deyir: “Guya bunlar sülh yaradır. Əslində isə bu 4 günlük müharibə və onun ssenarisi əvvəldən Kremilə bəlliydi”.

Politoloq Elxan Şahinoğlunun isə hesab edir ki, vasitəçi qismində kimin gəlməyindən aşlı olmayaraq, Azərbaycanın mövqeyi dəyişməyəcək – Ermənistan qeyri-şərtsiz Azərbaycanın işğal etmiş 5 rayonunu azad etməlidir: “Bu olmadan bölgədə nə atəşkəsə riayət olunacaq, nə də müharibənin başlamaması riskinə Azərbaycan təminat verə bilər. Bir mövzu var. Düşünürəm ki, artıq beynəlxalq aləm, Rusiya, həmsədrlər də gördü ki, bu addım atılmadan vəziyyət dəyişməyəcək. Yəni, müharibə yenidən başlaya bilər. Buna görə onların əlinə yaxşı bir fürsət düşüb ki, Ermənistana təzyiq etsinlər. Belə toqquşmalar olmadan onlar Ermənistana təzyiq etmirlər. Amma gördülər ki, Azərbaycan ordusu uğurlu əməliyyat həyata keçirir, hər iki tərəfdən itkilər var, bu regional müharibəyə çevrilə bilər. Əgər Rusiya tərəfi məsələyə məntiqlə yanaşmaq istəyirsə, Ermənistana təsir edib 5 rayonun azad edilməsini sürətləndirməlidir. Bu elə Rusiyanın özünün də xeyrinə olar. Çünki bu Rusiyanın vasitəçilik statusunu artırır. Hamı görər ki, Rusiya öz əlindəki alətləri hərəkətə gətirə bilir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın