Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Laqeydlik Vətən müharibəsi iştirakçılarının ümidlərini itirməyə gətirib çıxarır”

“Laqeydlik Vətən müharibəsi iştirakçılarının ümidlərini itirməyə gətirib çıxarır”

“Bəzi dövlət qurumlarının ayağını, qolunu itirmiş qazilərimizə qarşı laqeydliyi Vətən müharibəsi iştirakçılarının ümidlərini itirməyə gətirib çıxarır. Bu da intihar və digər ciddi problemlərə yol açır” .

Bunu millət vəkili Fazil Mustafa deyib.

F. Mustafa qeyd edib ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları böyük psixoloji sarsıntı keçirmiş insanlar olduğu üçün məsələ mütləq nəzarətə götürülməlidir: “Bir Ombudsman bütün sahələrə nəzarət etmək imkanına tam sahib deyil. Xarici ölkələrdə mətbuat, Hərbi Ombudsmanlar var. Hərbi Ombudsman mütləq lazımdır ki, onlar qazilərin, hərbçilərin problemləri ilə konkret məşğul ola bilsin. Bu da boşluqlardan biridir. Bu boşluqlar olduğuna görə də belə bir problem qalmaqdadır. Əlbəttə, qazilərə, şəhid ailələrinə ictimai nəqliyyatın pulsuz olması təklifləri də ola bilər. Amma bunlar da çıxış yolu deyil. Psixoloji sarsıntı keçmiş insan üçün dünyanın malını da versən, xeyri olmaz. O cür insanlar laqeydlikdən şikayətlənirlər. Ayaqlarını, qolunu itimiş qazilərimizə qarşı cəmiyyətdə, hansısa dövlət müəssisəsində laqeydlik olursa, ümidini itirməyə gətirib çıxarır. Ona görə də onların ümidini itirəcək şəraiti yaratmaq lazım deyil. Bunun üçün cəmiyyətin həssaslığı artmalı, ayrıca bununla məşğul olan ixtisaslaşmış QHT-lərin fəaliyyətinin yolunu açmaq lazımdır. Hər şeyi mərkəzləşdirməyə gətirəndən sonra heç bir sahədə iş getməyəcək”.

Millət vəkili qazi və şəhid ailələrinin sosial problemlərinin həllinin bir yolu olduğunu düşünür: “Bunu ancaq yenidən Azərbaycanda QHT sektorunu canlandırmaqla həll etmək olar. Bizdə QHT sektorunu tam ölü vəziyyətinə gətiriblər. Yəni QHT-lər daha fəal ola bilərdi. Amma bir sıra maneələrlə müəyyən dərəcədə QHT-lərin inkişafına təsir göstərirlər. Xaricdən müəyyən qrantların alınmasını da pisləyirlər. Sanki xaricdən qrant alan düşməndir. Bunun nəticəsidir ki, QHT-lər dövlət büdcəsinə göz dikməyə başladılar. Konkret fəaliyyət göstərmə sferaları xeyli məhdudlaşıb. QHT-lərin üzərindən bütün məhdudiyyətləri götürmək lazımdır”. Bakupost.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …