Ana səhifə / Sosial / “Lapşinin Azərbaycana verilməsi dövlətimizin xarici siyasətinin uğurudur”

“Lapşinin Azərbaycana verilməsi dövlətimizin xarici siyasətinin uğurudur”

“Hesab edirəm ki, Belarus hökuməti tərəfindən Lapşinin Azərbaycana verilməsi ölkəmizin xarici siyasətinin ən müsbət addımlarından biridir.” 
Moderator.az -a açıqlama verən millət vəkili Vahid Əhmədov Lapşinlə bağlı məsələni Azərbaycan prezidentinin uğurlu siyasəti hesab etdiyini vurğulayıb:
“Əlbəttə ki, burada dövlət başçımız İlham Əliyevin Belarus prezidenti Aleksandr Lukaşenko arasında olan ikitərəfli müsbət münasibətlər rol oynadı. Bu hadisəni Azərbaycan prezidentinin uğuru hesab etmək olar. Çünki Lapşin həm Rusiya, həm də İsrail vətəndaşıdır. Ancaq çox maraqlıdır ki, həmin dövlətlərin heç biri Lapşinlə bağlı Belarusiya dövlətinə müraciət etməyib.  Belarus prezidenti də bir daha bəyan etdi ki, mənə həmin dövlətlərdən müraciət olunmayıb, müraciəti yalnız İnterpol vasitəsilə Azərbaycan edib. Biz də beynəlxalq hüquq normalarına uyğun olaraq Lapşini Azərbaycana təhvil vermişik.
Yenə qeyd edirəm ki, bu, çox müsbət bir addımdır. Mən bunu Azərbaycan xarici siyasətinin müsbət addımı kimi qiymətləndirirəm. Hesab edirəm ki, Lapşinin Azərbaycana verilməsi bir daha Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının, öz gücünü göstərməsinin sübutudur. Düzdür son vaxtlar cənab prezident Azərbaycanla əlaqədar çox ciddi addımlar atıb. Bu yaxınlarda prezidentin Avropa səfəri zamanı Avropa İttifaqının (Aİ) rəhbəri ilə apardığı danışıqlar, TANAP TAP layihəsi ilə bağlı razılığa gəlmələri, Aİ ilə Azərbaycan arasında sazişin imzalanması ilə əlaqədar aparılan danışıqlar buna sübutdur. İndi Lapşinin də Azərbaycana verilməsi dövlətimizin xarici siyasətinin uğurudur.
Lapşin indi Azərbaycandadır. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan qanunlarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaq. Bu gün onun anası Azərbaycana səfər edir, cənab prezidentdən oğlu ilə bağlı xahiş etmək üçün gəlir. Bu artıq cənab prezidentin səlahiyyətlərində olan məsələdir. Ancaq ümumi götürəndə həm Aİ ilə bağlı, həm də Lapşinlə bağlı məsələni Azərbaycan prezidentinin uğurlu siyasəti hesab edirəm. Azərbaycan dövləti üçün bu məsələlər çox önəmlidir.”

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın