Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Lalə Şövkət Almaniyaya qarşı bəyanat verdi

Lalə Şövkət Almaniyaya qarşı bəyanat verdi

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bəyanat verib.ALP-ın mətbuat xidmətindən musavat.com -a göndərilən bəyanatda deyilir:”Almaniya Bundestaqın qondarma “erməni soyqırımını”
tanınması haqqında 2 iyun 2016-cı il tarixli qətnaməsi bizi məyus etdi. Alman parlamentinin
bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk.
Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya, erməni təbliğatına uyaraq, tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib. Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi. Bu səhv qərarın həm Türkiyə, həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatlıq doğurur.

Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpa olunmaz vəziyyətə salmayacaq.Bakı şəhəri, 2 iyun 2016-cı il”

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın