Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / “Laçında Zabux və Hoçaz çayları quruyub- Şəlvə çayını da eyni tale gözləyir…”

“Laçında Zabux və Hoçaz çayları quruyub- Şəlvə çayını da eyni tale gözləyir…”

“Bəs 26-cı ildir, “Atəşkəs” sistemi ilə qeyrət damarları qurudulmuş Azərbaycan xalqını hansı tale gözləyir?..

“Mən Kaşataq rayonuna(Laçın, Qubadlı, Zəngilan əraziləri-S.L.) getdim, tamam qurumuş çayları gördüm və kiçik SES-lərin tikintisindən sonra yaranmış vəziyyətdən  dəhşətə gəldim…”
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri 12-ci gündür Qarabağda yeni SES-lərin tikintisinə etiraz olaraq aclıq aksiyası keçirən erməni politoloq Aleksandr Kananyan  söyləyib.  
“Şimalda əsas çaylardan ikisi – Axavno(Zabux-S.L.) və Kaxoçants(Hoçaz) çayları tamamilə qurudulub. Bu il eyni tale Şalva(Şəlvə) çayını da gözləyir. Bundan əlavə,  Akari(Həkəri) çayının yuxarı axarında yeni SES-in inşasına başlanılıb. İnsanlar yaxşı bilməlidirlər ki, Karvaçar(Kəlbəcər) və Kaşataq(Laçın, Qubadlı, Zəngilan rayonları) bölgələri necə gəldi,  heç bir məsuliyyət olmadan istismar edilə bilməz. Bu rayonlar məskunlaşdırılmalı və hərtərəfli, kompleks inkişaf etdirilməlidir” -deyə erməni  politoloq vurğulayıb…
Xəbər verilir ki, Kəlbəcər və Laçında məskunlaşmış ermənilərdən Qarabağda yeni SES tikintilərinə etiraza dəstək imzaları toplanır. Artıq 200-dən çox imza toplanıb…
P.S. Göründüyü kimi, əslində 2000-ci ildən Gürcüstandan Kəlbəcərə köçmüş erməni politoloqun  Qarabağın ekologiyası uğrunda mübarizə aparmasının əsas məqsədlərindən biri Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. Azərbaycan bölgələrinin ermənilərlə məskunlaşdırılmasına daha uyğun şərait yaradılmasıdır… Digər tərəfdən, bu, yalnız A.Kananyanın öz təşəbbüsü deyil, Paşinyan xətti ilə Qərbdən, ABŞ-dan gələn bir layihənin tərkib hissəsidir. Həmin layihənin hədəfi isə Ermənistan kimi işğal altındakı Azərbaycan ərazilərindəki erməni rejimini də Rusiyanın təsir, nüfuz dairəsindən çıxarıb ABŞ-ın nüfuz dairəsinə daxil etməkdir… Bundan ötrü isə  həm də o torpaqları daha çox ermənilərlə məskunlaşdırmaq gərəkdir ki, yaxın gələcəkdə Azərbaycanı “artıq Qarabağda “demokratik, müstəqil bir dövlətin” varlığıyla və yaxud onun Ermənistan birləşmək istəyi ilə” barışmağa vadar etmək mümkün olsun…

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …