Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Laçında minaya düşən fəhlə vəfat etdi

Laçında minaya düşən fəhlə vəfat etdi

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

Ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib. Report

Həmçinin oxuyun

Direktorun faciəli ölümdən bir neçə saniyə əvvəl… – FOTO

Xəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü …