Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Lənkəranda yük və minik maşınları toqquşub, 6 nəfər ölüb – SİYAHI

Lənkəranda yük və minik maşınları toqquşub, 6 nəfər ölüb – SİYAHI

Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı 99-BJ-224 dövlət nömrə nişanlı “Shacman” markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …