Ana səhifə / Sosial / Lələ Təpə qəhrəmanı qan xərçəngindən əziyyət çəkir: – Köməyə ehtiyacı var

Lələ Təpə qəhrəmanı qan xərçəngindən əziyyət çəkir: – Köməyə ehtiyacı var

Aprel qəhrəmanlarından olan, Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak edən Aslanov Azər Əbülfət oğlu qan xərçəngindən əziyyət çəkir.

BiG.AZ xəbər verir ki, bu barədə tanınmış təlimçi Sənan Nəcəfov məlumat verib. O, qeyd edib ki, hazırda aprel qəhrəmanının xalqın köməyinə ehtiyacı var:

“Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak edən Aslanov Azər Əbülfət oğlu qan xərçəngindən əziyyət çəkir. Hazırda Qan İnstutunda müalicə olunan keçmiş döyüşçünün bədənində qan yığınının azalması (tranpasit) baş verib. Azər Aslanovun təcili “1+” qana ehtiyacı var. Qan qrupu “1+” olan və ağır xəstəliklər keçirməmiş vətəndaşlarımızdan Lələ Təpə döyüşçüsünə kömək etməyi xahiş edirik”.

Əlaqə telefonu: 050 689 94 61

Lələ Təpə qəhrəmanı qan xərçəngindən əziyyət çəkir:

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …