Cümə , Oktyabr 30 2020
Ana səhifə / Bölgələr / Lənkaranda heç bir qazancı olmayan 4 uşaqlı ailəyə niyə sosial müavinət verilmir? – Şikayət

Lənkaranda heç bir qazancı olmayan 4 uşaqlı ailəyə niyə sosial müavinət verilmir? – Şikayət

Lənkəran rayonu, Şixakəran kənd sakini Həsənov İbrahim Qurbanəli oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, ailəsinin ağır sosial durumda  yaşadığını bildirib. Şikayətçinin sözlərinə görə,  onun himayəsində 4 azyaşlı oğlan uşağı var. Özünün və həyat yoldaşının daimi iş yeri yoxdur. Buna baxmayaraq, o, Lənkaran Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial müavinət almaqla bağlı süründürməçiliyə məruz qaldığını bildirır. Yeganə ümidinin  saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciət etməyə bağlayan şikayətçi düşdüyü  ağır vəziyyətlə bağlı dərdinə çarə tapılacağına inandığını deyir.

Azinforum.az

Həmçinin oxuyun

Ermənilər Goranboya raket atdı, ölən var

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bu barədə …