Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Ləğv olunan qurumlardakı işçilərin taleyi necə olacaq?

Ləğv olunan qurumlardakı işçilərin taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, nazirliklərin tabeliyində olan bir neçə qurum, xidmət və mərkəz ləğv edilib, yeni agentliklərin yaradılması ilə bağlı göstəriş verilib. 

Fərmanın 9 və 10-cu bəndlərində göstərilir ki, ləğv olunan dövlət orqanlarında ixtisara düşən kadrlar müvafiq vakant vəzifələr üzrə yerləşdirilməlidir:

9. Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.

10. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Günel Hacı

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …