Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Kür probleminə mütəxəssiz baxışı: “Bütün dünya ölkələri yığışsa…”

Kür probleminə mütəxəssiz baxışı: “Bütün dünya ölkələri yığışsa…”

“Uzun illərdir ki, bu problem yay aylarında gündəmə gəlir. Xüsusi olaraq da yay aylarında. Bu, dünyada baş verən iqlim dəyişikliyidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev Kür çayının qurumasının səbəblərindən danışarkən bildirib. O, dünyada qlobal istiləşmənin baş verdiyini vurğulayıb:

“Qlobal istiləşmə nəticəsində nəmişlik, yəni yağıntı az, buxarlanma çox olur. Kürü qidalandıran çaylar var ki, hansı ki, ilk mənbələrini oradan götürür, orada suyun səviyyəsi aşağı düşür və Kür çayına tökülən suların miqdarı azalır. Bu, nəticə etibarı ilə Kür çayına da təsir edir. Bu, dünyada baş verən bir prosesdir, qarşısını da almaq çətindir. Çünki dünyada ekologiya sayəsində vahid siyasət yoxdur. Belə bir fikir söyləyirlər ki, Şimali Afrika ölkələrində 250 milyon insan artıq ekvatora yaxın olduğuna görə Şimal tərəfə köçəcək”. Xosrov Musayev dünyada iqlim dəyişikliyi nəticəsində böyük fəsadların olacağını söyləyib:
“Bunun hamısının səbəbləri var. Meşələrin qırılması, buxarlanmanın çox olması və s. Qlobal istiləşmə dünyada 1 dərəcə qalxıb, bəlkə də bu, kiməsə kiçik rəqəm kimi gəlir, ancaq böyük rəqəmdir. Azərbaycan alimləri də son dövrlərdə tədqiqatlar aparıblar ki, tempuratur 1 dərəcə qalxır. Bu da öz nəticələrini göstərir. Buxarlanma, nəmişlik çox olanda Kür çayının səviyyəsi azalacaq. Bütün dünya ölkələri yığışsa, bu məsələni həll edə bilər. O da yaxın vaxtlarda çətin ki, baş tuta. Çünki bunun üçün uzun müddət lazımdır”.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …