Nazirlikdən monitorinqlə bağlı verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 115 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən bir neçə dəfə artıq olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri olub.

Belə ki, iyul ayının III ongünlüyündə Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə aparılan monitorinqlərin nəticələrinə görə fenollar 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70–7.66 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.