Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Kupça”nın da rüsumu qaldırıldı

“Kupça”nın da rüsumu qaldırıldı

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri artırılır.

Bu məsələ “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi – 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata qaldırılır. 

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək. 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …