Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Külək, leysan, ildırım Ağsu və İsmayıllıda elektrik təsərrüfatına zərbə vurdu

Külək, leysan, ildırım Ağsu və İsmayıllıda elektrik təsərrüfatına zərbə vurdu

Ötən gün və bu gün səhər saatlarında yağan, güclü küləklə müşaiyət olunan leysan bəzi rayonlarda elektrik enerjisi təchizatı şəbəkəsinə ziyan vurub. Virtualaz.org xəbər verir ki, Ağsu və İsmayıllı rayonlarında təbii fəlakət nəticəsində elektrik verilişi xətləri sıradan çıxıb, bəzi ərazilərdə ildırım yarımstansiyalara və transformatorlara ziyan vurub. Nəticədə onlarla kənd işıqsız qalıb.

“Azərişıq” ASC-nin əməkdaşları təbii fəlakətin elektrik təsərrüfatına vurduğu ziyanı aradan qaldırmaq, sakinlərin elektrik enerjisi ilə təchizatını bərpa etmək üçün operativ tədbirlər görür. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə səhər saatlarından təmir briqadaları həmin rayonlarda işləyir, artıq bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa edilib, axşam saatlarında Ağsu və İsmayıllının bütün kəndlərinin elektrik təchizatında yaranmış fasilə tam aradan qaldırılacaq.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …