Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Külək Aşıq Alı küçəsində ağacı aşırıb, yol bağlanıb

Külək Aşıq Alı küçəsində ağacı aşırıb, yol bağlanıb

Bu gün əsən güclü külək Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağlayıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazrda yola aşan ağacın götürülməsi üçün işlər aparılır.

O.Məmmədov qeyd edib ki, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağacın köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə üzərinə aşıb:

“Lakin ağac aşarkən yanında olan başqa ağacla elektrik xəttinin arasına düşdüyündən elektrik xəttini qıra bilməyib, yəni yandakı ağac onu saxlaya bilib. Buna görə də ərazidə elektrik xəttinin verilişində heç bir problem yaranmayıb”.

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …