Şənbə , May 28 2022
Ana səhifə / Sosial / Külək Türkanda şəhid ailəsinin evinin damını uçurdu — FOTOLAR

Külək Türkanda şəhid ailəsinin evinin damını uçurdu — FOTOLAR

Vətən Müharibəsində 19 yaşında şəhid olmuş Rəşad Şiriyevin ailəsi mənzillə bağlı ciddi problem yaşayır.

Bu barədə tanınmış jurnalist Kamil Həmzəoğlu bildirib. Şəhid ailəsini ziyarət edən jurnalist bununla bağlı vəziyyəti əks etdirən fotoları paylaşıb.

Şəhidin ailəsinin Türkan qəsəbəsində yaşadığı ev çox şəraitsiz vəziyyətdədir. Bu günlərdə Bakıda əsən güclü külək ciddi fəsadlar yaşadıb, evin damını uçuraraq yararsız vəziyyətə salıb.

Şəhidin ailəsi hələ də yeni mənzillə təmin olunmayıb.

Bakının Xəzər rayonunun Türkan kəndində yaşamış Rəşad orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb. Goranboy rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.

Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətində ağır döyüşlərdə döyüşüb. 2020-ci il oktyabrın 6-da ağır döyüşlərdən birində qəhrəmancasına şəhid olub. Nəşi isə oktyabrın 7-də Türkan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin fərmanı ilə ölümündən sonra 4 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …