Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Küçə adının verilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm”- Şəhid gizirimizin atası…

“Küçə adının verilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm”- Şəhid gizirimizin atası…

Aprel Şəhidimiz gizir Rusif İbrahim oğlu Ağayevin adına doğulduğu qəsəbədə küçə adı verilib. Moderator.az-a açıqlama verən Şəhid gizirimizin atası İbrahim Ağayev əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib:
“Biz küçə adı verilməsi ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Müraciətimiz Nazirlər Kabinetinə göndərildi və təsdiq edildi. Noyabrın əvvəlində yaşadığımız Hirkan qəsəbəsinin baş küçələrindən biri oğlum Şəhid Rusif Ağayevin adına verildi. Bundan başqa aztəminatlı, Qarabağ veteranları və Şəhid ailələrinə təmənnasız olaraq Heydər Əliyev Fondu tərəfindən torpaq sahəsi verildi.
Leyla xanım Əliyevanın göstərişi ilə bizim ailəyə də 66 sot feyxoa sahəsi verildi. Buna görə Leyla xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk. Küçə adının verilməsinə görə də əməyi keçən hər kəsə minnətdarıq. Çox sağ olun ki, bizləri diqqətdə saxlayırsınız”.
Xatırladaq ki, Şəhid Rusif Ağayev 1987-ci il aprelin 16-da Lənkəran rayon Hirkan qəsəbəsində anadan olub. Aprel döyüşləri zamanı Şəhid olan gizirimiz aprelin 7-də doğulduğu qəsəbədə böyük izdihamla dəfn edilib. Şəhidimiz ölkə başçısı tərəfindən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhid gizirimizin iki övladı yadigar qalıb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …