Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Küçələrdə dilənçilik edən uşaqlarla əlaqədar 180 valideynə xəbərdarlıq edildi

Küçələrdə dilənçilik edən uşaqlarla əlaqədar 180 valideynə xəbərdarlıq edildi

Ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji, ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında yazılıb.
Aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması müəyyənləşib.
Digər hallar üzrə isə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bildirək ki, hesabatı Milli Məclisin mayın 19-da keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …