Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / KTMT-yə erməni generalın təyin edilməsi Azərbaycana nə vəd edir? – ŞƏRH

KTMT-yə erməni generalın təyin edilməsi Azərbaycana nə vəd edir? – ŞƏRH

Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi vəzifəsinə yeni təyinat olub. Bu barədə KTMT-nin baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

O, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunduğunu söyləyib: “KTMT-nin baş katibi vəzifəsinə təyinat məsələsinə bu gün təşkilata üzv dövlətlərin başçılarının iclasında baxılıb və bu ilin mayın 2-dən bu posta Yuri Xaçaturovun təyin olunması haqqında yekdil qərar qəbul olunub”.

Təyinatı şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, KTMT-nin baş katibi vəzifəsinə erməni general, baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunacağı gözlənilən idi. Onun sözlərinə görə, doğrudur, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatdılar, ancaq bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi: “Çünki rotasiya prinsipinə görə baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi. Sadəcə, bu təyinat 5-6 ay əvvəl olsaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçilməli idi. Çünki Ermənistan prezidenti “aprel döyüşləri”ndən sonra Ohanyanı istefaya hazırlayırdı və ona yeni yer axtarırdı. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi və o yeni təyinatını gözləmək əvəzinə müxalifətə keçdi”.

E.Şahinoğlu bildirib ki, erməni generalın təşkilata baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur: “Doğrudur, həmin general daim Azərbaycana pisliklər etməyə, təşkilat çərçivəsində əleyhimizə hansısa sənədlər qəbul etməyə çalışacaq. Ancaq Belarus və Qazaxıstan buna “yaşıl işıq” yandırmadıqca onun əl-qolu bağlı olacaq. Bəlkə də elə belə yaxşıdır. Nikolay Bordyuja altdan-altdan əleyhimizə işləyirdi, indi isə baş katib ermənidir. Başqa sözlə, bilirik ki, qarşımızda kimdir və hansı məzhəbə xidmət edir”.

Həmçinin oxuyun

“Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək” – İradə İbrahimova

DİA.AZ: – “Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda …

Bir cavab yazın