Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / KTMT: Bordyujanın istefası Ermənistan-Azərbaycan sərhədindəki hadisə ilə bağlı deyil

KTMT: Bordyujanın istefası Ermənistan-Azərbaycan sərhədindəki hadisə ilə bağlı deyil

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyujanın istefasını dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı verdiyi şərhlərlə əlaqələndirmək yolverilməzdir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinovun yaydığı bəyanatda deyilir.

V. Zaynetdinov N. Bordyujanın istefasının 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlı olduğunu vurğulayıb. Yeni baş katibinin təyin edilməsi məsələsinə gəldikdə, bu vəzifəni tutacaq şəxs üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun, rotasiya qaydasında, Xarici İşlər Nazirləri Şurası tərəfindən 3 illik müddətə irəli sürüləcək namizəd olacaq.

Xatırladaq ki, N. Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verib. Azərbaycan bu bəyanata öz etirazını bildirib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın