Ana səhifə / Sosial / Kşi “patı”ya qurşandı, qadın evdən qaçdı

Kşi “patı”ya qurşandı, qadın evdən qaçdı

Qadın və Uşaq sığınacağına daha bir işgəncə görən qadın pənah gətirib.

Bu barədə sığınacağın feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, üç övlad anası olan qadın ona içgəncə vermək istəyən ərinin əlindən qaça bilib: “Ər hər axşam qadına onu meşəyə apararaq başını oduna,çəkiclə əzəcəyini deyib. Sonuncu dəfə yoldaşını meşəyə aparıb və dostuna zəng edərək onu “patı” adlı narkotik vasitə istifadə etməyə dəvət edib. Qadını ərinin əlindən qurtula bilməsi isə tam bir möcüzə olub. O, ərinin telefonla danışmasından istifadə edərək, ordan qaçıb. Daha sonra uşaqlarını da götürüb evdən çıxıb. Onun yaşadıqları, dedikləri, əllərinin danışdıqca titrəməsi sözlə deyilməyəcək qədər ağrılı idi. Qadın bundan öncə də dəfələrlə evdən qaçmaq istəyib, amma buna nail ola bilməyib. Hətta hamilə olarkən özünü 3-cü mərtəbədən də atıb. Xoşbəxtlikdən uşaq da özü də sağ qalıb. Hazırda qadın sığınacaqdadır və toparlanmağa çalışır”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …