Ana səhifə / Sosial / Kremllə gizli sövdələşmə: Qarabağa rus qoşunları…

Kremllə gizli sövdələşmə: Qarabağa rus qoşunları…

ABŞ-ın özəl kəşfiyyat şirkəti “Stratfor” sensasion Qafqaz analizi ilə çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, mərkəzin analitikləri Rusiyanın Qafqaz siyasətinin dəyişdiyini qeyd edirlər.

“Tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu region faktiki olaraq Ermənistanın nəzarəti altındadır, situasiya isə dondurlmuşdu. İndi isə Dağlıq Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər”- deyə “Stratfor” bildirir.

Şirkətin analitikləri hesab edir ki, Azərbaycan hakimiyyəti Kremllə gizli sövdələşmə əldə edə, bu sövdələşməyə əsasən tezliklə Dağlıq Qarabağa rus sülhməramlıları yeridilə bilər. Bu isə daha sonra regionun Bakının nəzarətinə qaytarılmasına imkan yaradacaq.

Mərkəz hesab edir ki, Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın etirazına heç kim məhəl qoymayacaq: “Ermənistan ərazisində onsuz da 5 min Rusiya hərbçisi var, ölkə özü isə Moskvadan güclü surətdə asılıdır”.

“Stratfor” qeyd edir ki, Rusiyanın strategiyası ucuz deyil, geosiyasi nöqteyi nəzərdən tamamilə rasionaldır. Çünki Rusiya daxildən zəifləyir.

Eyni vaxtda ABŞ-ın onun sərhədləri boyu mövqelərini möhkəmləndirmək cəhdləri ilə qarşılaşmalı olur. Bununla belə, nə qədər ki Rusiya oyundadır, o, yaxın sərhədlərində mövqelərini qoruyub saxlayacaq və bundan Qərbə qarşı istifadə edəcək.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …

Bir cavab yazın