Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “KQB”nin istifadə etdiyi avtomobil satılır — 20 000 MANAT

“KQB”nin istifadə etdiyi avtomobil satılır — 20 000 MANAT

Əmlak Məsələləri Dövlət komitəsi 07 noyabr 2017-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsini çıxardacaq.

Nəqliyyat vasitələrindən 4-ü KAMAZ-dır. Kamazların ilkin start qiyməti 4500-4680 manat arasında dəyişir.

Hərraca, MAZ-5549, Moskvich İJ-2715, UAZ-3303, Tofaş Şahin avtomobilləri də hərraca çıxardılacaq. Onların start qiyməti 450-1200 manat arasındadır.

Həmçinin hərraca Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin QAZ minik avtomobili də satışa çıxarılacaq. 1986-cı il istehsalı olan bu avtomobil 20 min manat start qiymətilə təklif olunur. Avtomobil 183852 km məsafə qət edib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …