Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / “Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik” – Baş prokuror

“Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik” – Baş prokuror

“Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə daha dəqiq zərbələr endirməliyik”.

Bunu Baş prokuror Kamran Əliyev “REAL” televiziyasına müsahibəsində deyib. Baş prokuror bildirib ki, bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən olunmaqla onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir:”Onları elə məhv etməliyik ki, yerində başqa şəbəkələr yaranmasın”.

K.Əliyev, həmçinin qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi vacibdir.

“Dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası mühümdür. Bəzi işlərdə vətəndaşları onlara vurulan ziyanın ödənilməsi daha çox maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdr”, – deyə Baş prokuror vurğulayıb.

Həmçinin oxuyun

Təhsil kreditləri bu qaydada veriləcək

Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi …