Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Korrupsioner məmurlar ifşa olunacaq – Partiya sədrindən xəbərdarlıq

Korrupsioner məmurlar ifşa olunacaq – Partiya sədrindən xəbərdarlıq

Hafiz Hacıeyv: «Bizim qərarımız var ki, mitinqlər keçirək, orada satqın və xəyanətkar məmurları ifşa edək, elə edək ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxsın

«Artıq aktiv fazaya keçməklə bağlı qərarımız var və bu məsələ partiyada müzakirə olunub, yekun qrar verilib».
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, aktivlik müxtəlif formada gerçəkləşə bilər: «Bu mitinq, yaxun vətəndaşlarla görüş formasında həyata keçirilə bilər. Biz istəyirik ki, ölkədəki problemləri dinc yolla həll edək. MMP ölkənin ciddi və nüfuzlu partiyalarından biridir. Çalışmışıq ki, Azərbaycanı böhranlı vəziyyətdən çıxarmaq üçün dövlətimizlə bir yerdə olaq. Məlum olduğu kimi, hazırda hakimiyyətdə təmsil olunan nazirlər, komitə sədrləri var ki, ölkədəki vəziyyəti daha da ağırlaşdırırlar. Əvvəlcədən bəyan etdiyimiz kimi, bu yöndə mübarizə aparacağıq. Bizim qərarımız var ki, mitinqlər keçirək, orada satqın və xəyanətkar məmurları ifşa edək. Məqsədimiz odur ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxsın».
MMP sədri onu da nəzərə çatdırıb ki, mübarizələrinin əsas hədəflərindən biri də ölkə başçısı İlham Əliyevi qorumaqdır. Onun sözlərinə görə, hazırda elə bir situasiya yaranıb ki, hər kəz İlham Əliyevə dəstək verməlidir: «Çünki hazırda dövlətçiliyimizə qarşı böyük təhdidlər var və İlham Əliyev bu təhdidləri dəf edə biləcək yeganə şəxsiyyətdir. Mən imkan verə bilmərəm ki, əziz qardaşım meydanda tək qalsın. Ona görə əlimdən gələni edib onun müdafiəsi üçün bütün addımları atacağam. Bu öyndə digər partiyalarla da əməkdaşlıq etmək niyyətindəyik, hazırda danışıqlar da aparırıq. İmkan verməyəcəyik ki, dövlətin varını talayanlar öz mənfur əməllərini davam etdirsinlər. Salyanın keçmiş icra başçısı Tahir Kərimov kimilərin talançılıq yolu ilə əldə etdikləri milyonları kənara çıxarmasına imkan verməməliyik. Bu yolda hamımız səfərbər olmalıyıq, vahid mövqedən çıxış etməliyik».

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın