Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / Koronaya yoluxan müəllimlərin maaşı kəsilir? – Açıqlama

Koronaya yoluxan müəllimlərin maaşı kəsilir? – Açıqlama

Koronavirusa yoluxub dərsə getməyən fənn müəllimlərini həmkarları əvəz edir və onların əməkhaqlarında heç bir kəsinti olmur.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
O bildirib ki, bu hal pandemiyadan əvvəl də belə tənzimlənirdi:
“Yəni hansısa bir müəllim hansısa xəstliyə görə işə gəlməyəndə onu digər müəllim yoldaşı əvəz edirdi. İbtidai siniflər distant təhsilə keçəndə isə müəllim tədrisi onlayn formada davam etdirir. Bu hallara görə müəllimin əməkhaqqında heç bir kəsinti olmur. Belə bir hal olmayıb”.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …