Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Koronavirusun “delta” variantı uşaqlar üçün nə qədər təhlükəlidir? – VİDEO

Koronavirusun “delta” variantı uşaqlar üçün nə qədər təhlükəlidir? – VİDEO

Son günlər uşaqlar arasında yüksək hərarət, qarın ağrısı, qripə bənzər əlamətlər müşahidə olunur. Koronavirusun “delta” ştamının tüğyan etdiyi bir dövrdə virusun yeni variantının uşaqlar arasında sürətlə yayılma təhlükəsi varmı? Mutasiya olunmuş bu virus uşaqlar üçün nə qədər təhlükəlidir?

Həkim-infeksionist Fərrux Sədirov xatırladıb ki, 2020-ci ilin sonunda İngiltərədə koronavirusa yoluxmuş uşaqlarda təxminən 4-6 həftə sonra iltihabi sindrom əmələ gəlirdi. Bu da ağır gedişli olan bir sindrom idi və xüsusi müdaxiləyə ehtiyac duyulurdu. Amma statistikadan aydın olur ki, bu sindrom koronavirusa yoluxmuş uşaqların çox az bir qismində, təxminən 3-5%-də müşahidə edilib.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, hazırda bu cür sindromlar müşahidə edilmir və uşaqlar arasında koronovirusun gedişatı yüngül formada seyr edilir. Lakin buna baxmayaraq, valideynlər yenə də diqqətli olmalıdır.

Uşaqların vaksinasiya prosesinə gəldikdə isə, həkim-infeksionist bildirib ki, hazırda dünya ölkələrindən bəzilərində bu məsələ müzakirə edilir. ABŞ-da isə artıq 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə verilib.

Fərrux Sədirov əlavə edib ki, uşaq orqanizmində virus replikasiyası daha zəif olduğundan uşaqların yoluxdurma ehtimalı böyüklərə nisbətən daha azdır.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …