Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Koronavirusla mübarizə aparan həkimlərin qaldığı hotelin işçilərinin icazəsi ləğv edildi

Koronavirusla mübarizə aparan həkimlərin qaldığı hotelin işçilərinin icazəsi ləğv edildi

“Sumqayıt Plaza Hotel”in işçi heyətinin hotelə işə gəlib-getməsi ilə bağlı icazəyə xitam verilib.

Bu barədə hotelin administratoru Rahib İsmixanov sosial şəbəkə hesabında məlumat verib.

“Dostlar, bir aydan coxdur ki, “Sumgayit Plaza Hotel”də COVID-19-a yoluxmuş xəstələrlə işləyən həkimlər qalır və bu günə qədər bu həkimlərə xidmət edən işci heyətinə işə gəlib getməklə bağlı rəsmi olaraq icazə verə bilirdik.

Bu gündən  etibarən icazələr ləğv olundu və rəsmi olaraq məktub gəlib ki, bizim sahə işləməyə icazəsi olan sahələrə aid deyil.

Burdan belə anlaşılır ki otelin qapısını bağlamalıyıq. Bəs onda Sumqayıt şəhəri üzrə pandemiya ilə mübarizə aparan tibb işçilərini hara göndərək?”.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …