Ana səhifə / Sosial / Koronavirusdan müdafiə üçün ən yaxşı pəhriz üsulu açıqlandı

Koronavirusdan müdafiə üçün ən yaxşı pəhriz üsulu açıqlandı

Alimlər bu nəticəyə gəliblər ki, ketogen pəhrizi COVID-19-a yoluxma riskini aşağı salır, yoluxma halında isə onun ağır formasından qoruya bilər.

Bu barədə “Report” “Times of India”ya istinadən xəbər verir.

Mütəxəssislər qeyd ediblər ki, pəhrizdəki az miqdarda karbohidrat bədəndəki yağ və “pis” xolesterol nisbətini azaldır, habelə qanda şəkərin səviyyəsini sabitləşdirir.

Keçirilmiş sınaqlar göstərib ki, belə pəhriz orqanizmdə oksidləşdirmə stresinə nəzarət edən və sətəlcəmə qarşı təsir göstərən plazmada ketonun səviyyəsini artırır.

Alimlər həmçinin qeyd ediblər ki, ketogen pəhrizi T limfositləri reseptoru daşıyan, immunomodulyator və antiinflamatuar fəaliyyət göstərən hüceyrələri çoxaldır.

“Belə qida rejimi adaptiv immun hüceyrələrin fəaliyyətini yaxşılaşdıra və COVID-19 ilə əlaqəli riski azalda bilər”, – tədqiqatda bildirilir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …