Ana səhifə / Sosial / Koronavirusa qarşı ən ucuz və ən bahalı peyvəndin qiyməti açıqlandı

Koronavirusa qarşı ən ucuz və ən bahalı peyvəndin qiyməti açıqlandı

Belçikanın büdcə və istehlakçıların müdafiəsindən məsul olan dövlət naziri Eva De Blekeer səhvən Avropa Şurası (AŞ) Komissiyasının dərman istehsalçıları ilə razılığa gəldiyi və gizli qalması tələb olunan koronavirus peyvənd qiymətlərini “Twitter”də paylaşıb. Sputnik Azərbaycan CNN Türk-ə istinadla xəbər verir ki, nəticədə AŞ Komissiyasının bağladığı müqaviləyə görə, ən ucuz COVID-19 peyvəndinin “Oxford-AstraZeneca”, ən bahalısının isə “Moderna” olduğu üzə çıxıb.

De Blekeer müxalifət partiyasından olan bir millət vəkilinin hökumətin koronavirus peyvəndi xərclərini necə ödəyəcəyi ilə bağlı sualından və tənqidi fikirlərindən sonra dövlətin COVID-19-la bağlı bütün maliyyə xərclərini əks etdirən cədvəli “Twitter”də hər kəsə açıq şəkildə paylaşıb. Beləliklə, həmin cədvəldə nəinki ayrı-ayrı firmaların peyvənd qiymətləri, Belçika hökumətinin satın almağı planlaşdırdığı koronavirus peyvəndlərinin sayı, hər dozasına ödəniləcək vahid qiyməti və AŞ Komissiyası tərəfindən əldə edilən razılaşmaya uyğun olaraq ümumi xərclər də öz əksini tapıb. Məlum olub ki, Belçika 33,5 milyon doza peyvənd üçün ümumilikdə 279 milyon 120 min 190 avro ödəyəcək.

Belçikalı nazir məsləhətçilərinin vəziyyəti görüb xəbərdar etməsindən bir müddət sonra “Twitter”dəki mesajını silib. Lakin istifadəçilərin çoxu mesajın şəklini çəkərək öz hesablarında paylaşmağa fürsət tapıblar.

Nazirin paylaşdığı cədvəldən o da məlum olub ki, AŞ Komissiyasının bütün üzv ölkələr üçün alınmasını nəzərdə tutduğu koronavirus peyvəndlərinin qiyməti bir-birindən kəskin şəkildə fərqlənir. Həmin cədvələ əsasən, ən ucuz peyvənd “AstraZenaca”nın Oxford Universiteti ilə birgə hazırladığı preparatdır. Bu peyvəndin bir dozası avropalılara 1,78 avroya başa gələcək.

Siyahıda qiymətinin ucuzluğuna görə ikinci yeri “Sanofi” şirkətinin istehsal etdiyi peyvənd tutur – bir dozası 7,56 avro.

Türkiyə mənşəli Almaniya alimləri Özlem Türeci və Uğur Şahinin rəhbərlik etdiyi, “BioNTech” və “Pfizer”-in birlikdə hazırladığı koronavirus peyvəndinin bir dozası isə 12 avroya başa gəlir.

O da məlum olub ki, ən bahalı peyvənd “Moderna” şirkəti tərəfindən hazırlanmış vaksindir. Onun bir dozası üçün 18 avro ödəmək lazım gəlir.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …