Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Koronavirus ən çox hansı rayonlarda yayılıb? — STATİSTİKA

Koronavirus ən çox hansı rayonlarda yayılıb? — STATİSTİKA

“Azərbaycanda koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb”

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bölgələr üzrə koronavirusa yoluxma hallarına dair statistikanı açıqlayarkən deyib.

TƏBİB sədri bildirib ki, yoluxma hallarında xarici vətəndaşların sayı 13,16 faizdir: “Yoluxma halı Aran zonasında 6,88 faiz, Lənkəranda 8,28 faiz, Abşeronda 5,54 faiz, Gəncə- Qazax zonasında 7,62 faiz, Quba-Xaçmazda 2,4 faiz, Yuxarı Qarabağda 1,07 faiz, Şəki- Zaqatalada 1,27 faiz, Dağlıq Şirvanda 1,4 faiz, Naxçıvanda 0,27 faiz təşkil edib”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …