Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən “Koroğlu” istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib.

Bu barədə mətbuata açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib. Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …