Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Sosial / “Kontakt Home”dan soyuducu aldı, peşman etdilər… – FOTO

“Kontakt Home”dan soyuducu aldı, peşman etdilər… – FOTO

Daha bir “Kontakt Home” alıcısı mağazadan narazı qalıb.

Bir müddət əvvəl mağazadan sifarişlə soyuducu alan Bakı sakini İlahə Tağıyeva bu addımına peşman olub. Belə ki, aldığı soyuducu qırıq halda gətirilib, amma mağaza məhsula sahib çıxmır. Şikayətçi bu barədə sosial şəbəkədə yazıb:

“İyulun 24-ü 1600 manata “Kontakt Home”dan soyuducu aldıq. Soyuducunu evimizə gətirdilər, amma təhvil-təslimlə bağlı hər hansı bir sənəd vermədilər, imza atdırmadılar. Bunun səbəbini də soruşduq, dedilər ki, “Onu servisdən işçilər gələcək, həm quraşdırma edəcəklər, həm də təhvil-təslim üçün imza atdıracaqlar”. 

Sonra servisə zəng etdik. Dedilər ki, soyuducuya görə quraşdırma olmur, açıb işlədə bilərik. Zəmanət də artıq hazırdır, adımız onlarda varmış. Evə köçməmişdik deyə 3 gün sonra soyuducunu açdıq və buzxanasının qapısında içəridən qırıq olduğunu gördük.

Dərhla servisə zəng etdik. 10 gün uzatdılar, hər dəfə “2-3 günə ustalar gəlib baxacaqlar” dedilər. Lakin dünən yenə əlaqə saxlayanda şəkil istədilər, çəkib göndərdik. Bu dəfə isə bizə, “Özünüz qırmısınız və 280 manat ödəniş edin, qapısını dəyişək” dedilər. Bunu biz necə edə bilərik? Yenə soyuducunun qapısı çöldən əzilmiş, qırılmış olsa deyərdilər ki, hə, biz etmişik. Amma bu içəridən qırılıb. Usta göndərmirlər, gəlib baxmırlar. Eləcə fotoya baxıb rəy bildirirlər. Heç bir köməklik edilmir, qırıq olan məhsul üstümüzdə qalıb”.

Bu haqda paylaşım edəndən sonra “Kontakt Home”dan şikayətçiyə zəng edilib və soyuducunun dəyişdiriləcəyi bildirilib. /Minval.info

“Kontakt Home”dan soyuducu aldı, peşman etdilər… -  FOTO

Həmçinin oxuyun

“Araz market” və “Al market”də qayda pozuntusu aşkarlandı

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən …