Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Konstitusiya Məhkəməsi yeni deputatı təsdiqlədi – İclas

Konstitusiya Məhkəməsi yeni deputatı təsdiqlədi – İclas

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokoluna baxılıb.

Plenum iclasında seçkilərlə bağlı məlumat verilib. Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasilə verib. Məşvərətdən sonra sədr Fərhad Abdullayev deyib ki, məhkəmə seçkilərin yekunları rəsmən təsdiqləyib(Report).

Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. Təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cavid Osmanova səs verib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub. Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın