Şənbə , Mart 2 2024
Ana səhifə / Sosial / Kompensasiyanın məbləği nə qədər olmalıdır? (VİDEO)

Kompensasiyanın məbləği nə qədər olmalıdır? (VİDEO)

Hazırda paytaxtda söküntü işləri aparan Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi vədini verir.

Halbuki həmin evlərin kvadrat metrini iki, hətta üç dəfə baha qiymətə satırlar.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzər Xəbər”ə qeyd edib ki, vətəndaş evini istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı tərəflə danışıqlar aparılmalıdır.

Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən R.Osmanlı qeyd edib ki, bu layihələrlə bağlı qaydalar dəyişib:

“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi. Yeni qaydalarda paytaxt üzrə sıxlıq əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir”.

Həmçinin oxuyun

Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır

Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan …