Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Kommunal xidmətlərə görə ödəniş məbləği niyə kəskin artıb?

Kommunal xidmətlərə görə ödəniş məbləği niyə kəskin artıb?

Son vaxtlar abonentlər qaz, işıq, su kimi kommunal xərclərinin artmasından narazılıq edirlər. Bu problem daha çox mexaniki sayğacı olan abonentlərdə müşahidə edilir. Smart sayğacı olan abonentlərdə isə belə bir narazılıq yoxdur.

Bunlarla yanaşı son vaxtlar istismar müddəti başa çatmış smart sayğacların mexaniki sayğaclarla əvəz olunmasına da başlanılıb. Bu situasiyada narazılığın daha da artacağını söyləmək olar. Əvvəlki aylarla müüqayisədə sentyabr və oktyabr aylarında kommunal xidmətlərə görə gələn ödəniş çeklərində məbləğin artmasına səbəb nədir? Həmçinin bütün dünya smart sayağaca keçdiyi halda Azərbaycan niyə mexaniki sayğaclara geri dönür?

Azad İstehlakçılar Birliyinin sədri, “Azəriqaz” yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov Yenisabah.az-a danışaraq məsələyə aydınlıq gətirib. O, “Azəriqaz”-ın bütün məsələləri təhlil etdiyini bildirib:

““Azəriqaz”-ın rəhbərliyi və idarə heyəti ilə birlikdə müəyyən məsələləri təhlil etmişik. Məlum olub ki, istehlakçının seçim hüququ var. O, istəsə smart və ya mexaniki sayğacı seçə bilər. Sayğaclar məcburi şəkildə hər 5 ildən bir dəyişməlidir. Mexaniki dediyimiz sayğaclar da smart hesab oluna bilər. Lakin mexaniki sayğac olaraq adı dillərə düşüb”.

Ekspert qazın qiymətinin qaldırılması haqqında da danışıb: “Qaz tariflərinin qaldırılması Tarif Şurasının işidir. Azad İstehlakçılar Birliyi olaraq, İctimai Şura adından Tarif Şurasına etiraz bəyanatımızı göndərmişik ki, bu məsələlər əsaslandırılsın, əhalinin narazılığı var. Düşünürük ki, Tarif Şurası bu məsələləri nəzərə alacaq”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …