Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Kommunal ödənişlərlə bağlı sevindirici xəbər

Kommunal ödənişlərlə bağlı sevindirici xəbər

“Düşünürəm ki, yaxın günlərdə Nazirlər Kabineti və İşçi qrupları əhaliyə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək”.

Bunu ATV Qərargah verilişinə qonaq olan millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Nazirlər Kabinetinə karantin rejimi ilə bağlı kommunal xidmətlərdən istifadədə güzəşt limitinin artırılmasını təklif edib.

“Güzəşt limiti artırıldıqda əhalinin ödənişin məbləği də azalacaq və eyni zamanda kommunal xidmətlər təqdim edən qurumlar ödənişləri yığmağa davam edəcəklər ki, bu da indiki məqamda vacib amillərdən biridir”, – deyə Vüqar Bayramov bildirib.

Həmçinin oxuyun

Paytaxtda koronavirusa ən az yoluxma bu rayonda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytı xəbər verir …