Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Sosial / Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? – Fotofakt

Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? – Fotofakt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Şuşa şəhərində otel-konqres mərkəzinin tikintisi üçün icazə verib.
Bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi otel-konqres mərkəzinin tikintisinə 4 sentyabr 2023-cü il tarixli Tİ-33/23 saylı sənəd əsasında icazə verir.
Açıqlanan məlumatlarda göstərilir ki, 10 fevral 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-520/2023 saylı, həmçinin 14 mart 2023-cü il tarixində tikinti layihəsinə dair BER-22/082 saylı ekspertiza rəyləri verilib. 
Bildirilir ki, tikintisinə icazə verilən otel-konqres mərkəzinin tikinti sahəsi 11 289,63 kv. metr, ümumi sahəsi 28 977,18 kv. metr, mərtəbələrinin sayı isə 4 olacaq.
Lakin, qeyd edək ki, ötən ay Şuşa şəhərində inşasına icazə verilən 4 mərtəbəli otel-konqres mərkəzinin təməli 2 il əvvəl 2021-ci ilin avqust ayının 29-da atılıb. Təxminən 2 il davam edən tikintidən sonra bu ilin may ayının 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin rəsmi açılışı olub.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestr kitabında qeydə alır.
Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi otel-konqres mərkəzinin tikintisi başa çatdıqdan 3 ay sonra onun tikintisinə icazə verib.

Yeniavaz.com

Həmçinin oxuyun

“Ölkəmizdə bu cür hadisələrin baş verməsi utandırıcıdır” – Deputat

“Erkən nikahlarla bağlı məsələdə məsuliyyəti bir nəfərin üstünə atmaq doğru olmazdı. Burada bir çox ciddi …