Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Komitə sədri: Boşanmalar iki dəfə çoxalıb

Komitə sədri: Boşanmalar iki dəfə çoxalıb

Valideynlərdən yalnız biri ilə yaşayan uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problemlər hər iki valideyni ilə yaşayanlara nisbətən daha çoxdur. Bu, həm somatik, həm yoluxucu xəstəliklərə, xüsusilə psixi pozulmalara aiddir.

Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, bunun əsas səbəbi onunla bağlıdır ki, bir valideynlə yaşayan uşaqlar kifayət qədər diqqət görmür.

“Valideyn çalışır və uşaqların sağlamlığı diqqətdən kənarda qalır. Bir sözlə, ailələrin dağılması, boşanmalar, ilk növbədə, uşaqların sağlamlığına təsir edir. Uşaqların sağlamlığına təsir edən digər fakt isə ailələrin sosial-iqtisadi vəziyyətidir.

Bir ailədə bir valideyn olanda, şübhəsiz ki, onun maliyyə vəziyyəti də çətin olur”, – deyən Ə.Əmiraslanovun sözlərinə görə, dünya statistikası göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb:

“Boşanmalar iki dəfə çoxalıb ki, bu, çox ağır və dəhşətli göstəricidir”. (Oxu.az)

Həmçinin oxuyun

Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? – AÇIQLAMA

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox …