Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / KOMİTƏ: “40 və 25 manatlıq müavinət uşağın xərclərini ödəmir, bu məbləğ artırılmalıdır”

KOMİTƏ: “40 və 25 manatlıq müavinət uşağın xərclərini ödəmir, bu məbləğ artırılmalıdır”

Uşaqlı ailələrə verilən müavinətin artırılmasına həqiqətən zərurət var.

Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş mütəxəssisi Pərviz Əliyev deyib.

O bildirib ki, qanunvercilikdə 3 yaşadək uşağa qulluğa görə ailələrə dövlət tərəfindən sosial müavinət nəzərdə tutulur: “1 yaş yarıma qədər olan uşaqlara 40 manat, 3 yaşadək olanlara isə 25 manat pul ödənilir.

Əslində uşaqlı ailələrə verilən müavinətin artırılmasına zərurət var. Çünki həmin müddətdə ana işləmir. Məcburdur ki, müəyyən yaşa qədər övladına qulluq etsin. Ancaq 40 və 25 manatlıq müavinət uşağın xərclərini ödəmir. Hazırda ölkənin iqtisadi inkişafı imkan verir ki, bu məsələyə yenidən baxılsın”.

Pərviz Əliyev qeyd edib ki, uşaqlı ailələrə verilən müavinətin məbləğinin nə qədər artırılacağı barədə qərarı hökümət verəcək: “İnkişaf etmiş ölkələrdə bu cür təcrübə var ki, hamilə qadın analıq məzuniyyətinə çıxan vaxt maaşının 60-70 faizini alır. Müxtəlif ölkələrdə müxtəlif təcrübələr var. Müzakirələr aparılacaq, rəylər toplanıb, hökümətə təkliflər verilib”.

Qeyd edək ki, millət vəkili Aqiyə Naxçıvanlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxılacağını bildirib.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …