Ana səhifə / Sosial / Köhnə işıqpulu borcu silinəcək?.. – AÇIQLAMA

Köhnə işıqpulu borcu silinəcək?.. – AÇIQLAMA

Son günlər yayılan məlumatlarda elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdə borclanan abonentlərin borclarının silinəcəyi bildirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, bu, təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil:

“Biz icraedici orqanıq. Göstərişləri icra edirik”.

Onun sözlərinə görə, elektrik enerjisindən istifadəyə görə borclu olanların sayı o qədər də çox deyil:

“Belə bir məsələ gündəmdə deyil”.

Qeyd edək ki, ölkə prezidentinin göstərişinə əsasən, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu silinmişdi. (Modern.az)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …