Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Köhnə Yasamalın köhnə dərdi – sazaq gündə sızqa qaz; sakinlər aksiya keçirdi (FOTOLAR)

Köhnə Yasamalın köhnə dərdi – sazaq gündə sızqa qaz; sakinlər aksiya keçirdi (FOTOLAR)

Bir qrup vətəndaş Yasamal rayonundakı Şərifzadə küçəsində yolu bağlayıb.

Bu barədə Musavat.com-a jurnalist həmkarlarımızdan biri məlumat verib və hadisəni əks etdirən şəkillər göndərib.

Onun sözlərinə görə, aksiyanIn səbəbi günlərdir onların evlərinə təbii qazın az verilməsidir.

Sakinlər deyirlər ki, bu təxminən bir aydir belədir (bəziləri 2 ay, bəziləri isə 15 gün deyir).

Etirazlarını yolu bağlamaqla bildirən şikayətçilərin sözlərinə görə, hər il qışda vəziyyət belə olur, qaz o qədər az verilir ki, onunla nə qızınmaq, nə də yemək bişirmək mümkün olmur.

Həmkarmızın dediyinə görə, şikaytçilər bir saata yaxın yolu bağlı saxlayıblar. Sonra polislər gəlib və aksiya iştirakçılarını dağıdaraq yolu açıb.

Etirazdan bir saat sonra təbii qazın verilişində artım müşahidə olunub.

Ərazidə olan jurnalistlər durumu videolentə çəkiblər, ancaq onlar qeyd edirlər ki, artan qaz çaydandakı qaynatmağa güclə yetir, hamamdakı qaz sobasını və kombini isitməyə bəs etmir.

Onu da qeyd edək ki, etiraz edənlər Şərifzadə küçəsində yaşamırlar, küçənin arxa hissəsində yerləşən kişik küçələrin sakinləridir.

Onlardan biri deyib ki, bu massivdə qazın məhdud həcmdə verilməsindən əziyyət çəkən insanların sayı təxminən 3 min nəfərdir.

 

 

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb, 322 yeni yoluxma faktı qeydə alınıb. …