Ana səhifə / Sosial / Köhnə qəsəbə, yeni görünüş – Video

Köhnə qəsəbə, yeni görünüş – Video

Bir müddət əvvəl Balaxanı qəsəbəsində olan nəzərlər indi də Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Burada işlər hələ tam başa çatmasa da, qəsəbənin bir hissəsi artıq təmir olunub, yenilənib. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.

Baku Tv yenilənmiş Bibiheybətdən maraqlı süjet hazırlayıb.

Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Balaxanı üslubuna görə Yunanıstanın Santorini şəhəri ilə müqayisə edilirdisə, Bibiheybət yeniləşmədən sonra İtaliyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır. İşlər yalnız vizual olaraq görünən gözəlliklərdən ibarət deyil, eyni zamanda binalaların fasadları və kanalizasiya xətləri də təmir olunub.

Eyni zamanda, Bibiheybət kəndində iş yerləri də açılıb. Belə ki, müxtəlif sənətkarlıq nümunələri sexlərinin yaradılması da nəzərdə tutulub.

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, son mərhələdə qəsəbədə ağaclar əkiləcək, oturacaqlar qoyulacaq, ərazi tamamilə təmizlənəcək və həm yerli, həm də xarici turistlərin qəbulu üçün hazırlanacaq.

Eyni zamanda, Bakının Əmircan və Ramana kimi bir sıra digər qəsəbələrində də yenidənqurma işləri aparılır.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …