Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Köçəryan siyasətə qayıdır

Köçəryan siyasətə qayıdır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan böyük siyasətə qayıdır. ” Azinforum.az ” anspress-ə istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti öz mənbələrinə istinadla xəbər yayıb.

Qəzet yazır ki, bu günlərdə sabiq xarici işlər naziri Vardan Oskanyan və Robert Köçəryan intensiv formada böyük siyasətə qayıtmağın perespektivləri üzərində işləyir.

“Ehtimal edilir ki, Vardan Oskanyan ən yaxın günlərdə yeni partiyalarının yaradılması barədə açıqlama verəcək”, – deyə nəşr yazır.

Bundan əvvəl Ermənistan KİV-i məlumat yaymışdı ki, Robert Köçəryan Dağlıq Qarabağda döyüşlər başladıqdan sonra Rusiyadan Ermənistan qayıdıb. Köçəryan həmin vaxt bildirmişdi ki, Sarkisyanla görüşmək niyyətində deyil. O, Azərbaycan ordusu ilə baş verən döyüşlərdə Ermənistan hərbçilərinin buraxdığı səhvlərə diqqət çəkmişdi.

Köçəryanın bir neçə dəfə böyük siyasətə qayıtması barədə məlumatlar yayılsa da təsdiqini tapmayıb. Amma o, bir müddət əvvəl siyasətə qayıdışı istisna etmədiyini bildirmişdi.

“Siyasətdə deyirlər ki, heç vaxt heç vaxt söyləmə. Mən hazırkı statusumda özümü əla hiss edirəm, lakin hadisələrin necə inkişaf edəcəyini söyləməkdə çətinlik çəkirəm. Yenidən qayıdıb, hadisələrin yükünü üzərinə götürmək kimi bir arzum hələlik yoxdur, amma bu, istisna da deyil”, – deyə o bildirmişdi.

Robert Koçəryan 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan respublikasının prezidenti seçilmişdi. O, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Ermənistan müxalifəti Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edir.

Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asıllığını daha da gücləndirdi.

Köçəryanın yenidən siyasi səhnəyə qayıtması əsasən cəbhə xəttində baş verən son gərginlikdən sonra gündəmə gəlib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın