Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / Klarnet ifaçısından ödənişli parklanma ilə bağlı ETİRAZ

Klarnet ifaçısından ödənişli parklanma ilə bağlı ETİRAZ

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önünün ödənişli parklanma ərazisinə çevrilməsindən şikayət edib.

Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

O, tələbələrin təhsil aldığı yerin qarşısında ödənişli dayanacağın olmasını düzgün hesab etmədiyini bildirib:

“Burada altı-yeddi saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, buradakı ödənişli parklanmanı ləğv edəsiniz. Bura bulvar, restoran, nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alırlar. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma səkkiz-doqquz saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır”.

Oxu.az

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …